Əgər Rusiyanın qan, zorakılıq, xəyanət və yalan bahasına zəbt etdiyi torpaqları çıxsaq, yerdə “qədim rus torpaqları” adlı bataqlıq qalacaq ki, onun da sahəsi Moskva vilayətinin hüdudlarından kənara çıxmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Aleksandr Turçinov Rusiya Prezidenti Vladimir Putinin “qədim rus torpaqları” haqqındakı sözlərinə münasibət bildirərkən deyib .
Qeyd edək ki, ötən gün Vladimir Putin ənənəvi illik geniş mətbuat konfransında Putin Vladimir Leninin Ukraynaya heç bir aidiyyəti olmayan “qədim rus torpaqlarını” Ukrayna Sovet Sosialist Respublikasına vermək haqqında qərarına münasibət bildirib və müasir Rusiyanın bunun nəticələri ilə məşğul olduğunu qeyd edib.
Paylaş: