Xəbər lenti

 

Rusiya, Çin və İranın Hind okeanı və Oman körfəzində başlatdığı hərbi təlimlər ABŞ-a qarşı demarşdır.

Bu sözləri hərbi ekspert Azad İsazadə deyib.

Ekspert bildirib ki, , hərbi təlimlərdə iştirak edən Rusiya və Çin dünyada hegomonluq uğrunda ABŞ-la rəqabət aparır: “İran dövləti isə regionda hegemonluq etmək istəyir və sözsüz ki, ABŞ-la ən pis münasibətlərə malikdir. İran eyni zamanda ABŞ-a qarşı özünə bu regionda müttəfiq axtarır. İndiki halda Çin, İran və Rusiyanın maraqları üst-üstə düşür. Bu mənada Tehran, Pekin və Moskvanın müştərək olaraq Hind okeanında hərbi təlimlərə start verməsi başadüşüləndir”.

Bununla belə Azad İsazadə hesab edir ki, gec və ya tez Çin-Rusiya münasibətləri gərginləşə, bu iki ölkə bir-birilə rəqib ola bilər: “Bu gün əsasən, Yaxın Şərq və Hind okeanı zonasında hegemonluğun paylaşılması prosesi gedir. Hər bir oyunçu çalışır ki, burada nəsə əldə etdin. Amma burada birinci görünən ABŞ-a qarşı hansısa əməliyyatlar keçirməkdir. Yəni bu təlim ABŞ-a mesajdır”.

Ekspert əlavə edib ki, ABŞ tərəfi Rusiya, Çin və İranın Hind okenı və Oman körfəzində keçirdiyi təlimləri yaxından izləyir: “Adətən belə təlimlər zamanı rəqib tərəf həmin regiona öz qoşunlarını, kəşfiyyatını nəzarətə göndərir. İstisna edilmir ki, təlimlərin keçirildiyi əraziyə yaxın yerlərdə olan ABŞ-ın bir neçə gəmidən ibarət olan qrupu təlimlərə nəzarət edəcək. Eləcə də kosmos vasitəsilə izləyəcək. Sözsüz ki, diplomatik kanal vasitəsilə etirazlar səslənə bilər. Amma ümumilikdə bu təlim ciddi qarşıdurma üçün əsas ola bilməz”.

Xatırladaq ki, bu gündən İran, Rusiya və Çin Hərbi Dəniz Qüvvələrinin Hind okeanı və Oman körfəzində hərbi təliminə start verilib. Məlumatı İran mətbuatı yayıb. Hərbi təlimin 17 min kvadrat kilometr ərazidə keçiriləcəyi vurğulanıb. Təlim “Dəniz təhlükəsizliyi qurşağı” adlanır. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 28-12-2019, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma