Xəbər lenti

Böyük Britaniyada keçirilmiş parlament seçkilərinin nəticələrinin qeyri-rəsmi açıqlanmasından sonra funt sterlinqin məzənnəsi kəskin zəifləyib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ingilis pulu dəyərini 2%-ə yaxın itirərək 1,27 ABŞ dollarına bərabər olub. Məzənnənin 1,24-ə qədər geriləyəcəyi istisna edilmir. 

İyunun 13-14-də isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək və bu iclasda uçot dərəcəsinin artırılacağı gözlənilir. Bu da öz növbəsində dolların bahalaşmasına, funt sterlinqin isə ucuzlaşmasına gətirib-çıxara bilər. 

Qeyd edək ki, ən son məlumata görə, seçkilərdə Mühafizəkarlar Partiyası 291 yer, İşçi Partiyası isə 249 yer qazanıb. Şotlandiyanın Milli Partiyası 33, Liberal-Demikrat Partiyası isə 10 yerə sahib olub. Böyük Britaniyanın "Sky News" telekanalının proqnozlarına görə, mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etməyəcək. Bu da o deməkdir ki, parlamentdə qeyri-müəyyən vəziyyət yaranacaq. 

 




Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 9-06-2017, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma