Xəbər lenti

 

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi 4 səhifəlik məktubla bağlı bəzi nüanslar üzə çıxıb.

Axar.az xəbər verir ki, məktubun mətni barədə detalları “Hürriyyət” qəzetinin Ankara üzrə əməkdaşı Handə Fərat açıqlayıb.

“İmamoğlu abzaslarda “Prezidentim” ifadəsindən istifadə edib. Ötən gün mətbuatda yazılmışdı ki, Əkrəm bəy məktubunda “Kanal İstanbul” layihəsinə niyə qarşı çıxması barədə yazaraq, səbəbləri izah edib. Lakin o, məktubda bu haqda tutarlı bir əsas yazmayıb. Əvəzində isə Melen su bəndləri, şəhər xəstəxanasına gedən metro xətti və “Kanal İstanbul” layihəsində ərazilərin qəsb edilməsindən bəhs edib”, - H.Fərat bildirib.

Qeyd edək ki, yanvarın 15-də Ankarada keçirilən bir tədbirdə Ə.İmamoğlu Prezident Ərdoğana 4 səhifəlik məktub verib. İmamoğlu açıqlamasında bildirmişdi ki, məktubunda nazirlərin Prezidentə doğru məlumat vermədiyini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 637          Tarix: 17-01-2020, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma