İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu “Kanal İstanbul” layihəsinə qarşı növbəti dəfə mövqeyini ortaya qoyub.
Axar.az xəbər verir ki, Tvitter hesabından paylaşım edən İmamoğlu bu layihənin “İstanbulun su qaynaqlarını qurudacağı” iddiasını səsləndirib.
“Dünyanın ciddi su problemi yaşadığı, İstanbulun da su problemi hələ həll edilmədiyi halda “Kanal İstanbul” ilə su qaynaqlarımızı yox etmək niyə?” – İmamoğlu yazıb.
Qeyd edək ki, Ərdoğanın “İstanbul kanalı” ideyası “çılğın layihə” adlandırılır. Onmilyardlarla dollara başa gələcək layihəyə qarşı, əsasən, müxalifət çıxır. İddialara görə, bununla Ərdoğan Montrö müqaviləsinə geri dönür və boğazların keçid imkanlarını böyütməklə, iqtisadi baxımdan daha çox, siyasi təsir vasitələrini genişləndirmək istəyir.
Layihənin, həmçinin, İstanbulun ekosisteminə mənfi təsir edəcəyi iddiaları da var. Ancaq “su qaynaqlarını” məhz edəcəyi iddiası yenidir.
Paylaş: