Xəbər lenti

 

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qurei Tehrana səfərinin yekununda İran hökumətinin, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgənin bütün ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Qureyşi bundan əvvəl Tehranda İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparıb.

“Düşünürəm ki, iranlılar bütün region iştirakçıları ilə qarşılıqlı əlaqə qurmaq istəyirlər. Hər kəslə. Səudiyyəlilər, bəhreynlilərlə, suriyalılarla, iraqlılarla, liviyalılarla...”, - de Qureyşi Vaşinqtonda jurnalistlərlə görüşdə bildirib.

Nazirin sözlərinə görə, iranlılar dialoqa açıqdırlar və qeyd olunan ölkələrlə gərginlik bölgələrini müzakirə etmək istəyirlər.




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 18-01-2020, 08:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma