2020.01.28 - 23:37
Xeyr, Tramp! Qüds islam dünyasının qəlbidir və Fələstin dövlətinin paytaxtıdır.
Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müşaviri Numan Qurtulmuş ABŞ Prezidenti Donald Tramp “Əsrin müqaviləsi” planı ilə bağlı Tvitter paylaşımında yazıb.
Qeyd edək ki, Trampın "Əsrin müqaviləsi"ndə Qüds İsrailin paytaxtı olaraq göstərilir.
***
İsrailin işğalına və təqibinə haqq qazandırmaq üçün atdığı addımlara icazə verməyəcəyik.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"ABŞ-ın qondarma sülh planı öldü. Bu plan iki dövlətli həll yolu və Fələstin torpaqlarını qəsb etmək məqsədi daşıyan işğal planıdır. Fələstin xalqı və torpaqları pulla alınmır.
Qüds qırmızı xəttimizdir. Həmişə qardaş Fələstin xalqının yanında olacağıq. Bu ərazilərdə müstəqil Fələstin üçün işlərimizi davam etdirəcəyik. Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı dəstəkləməyəcəyik. İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz", - XİN-in bəyanatında qeyd olunub. \\Axar
Paylaş: