Xəbər lenti

Qazaxıstanın Jambıl bölgəsinin kəndlərində gecə saatlarında baş verən qarşıdurmada 8 nəfər həyatını itririb.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev bu barədə yayılan məlumatları təsdiq edib.

Tokayev açıqlamada polis və hərbi qüvvələrin vəziyyətə nəzarət etdiyini, hökumətə isə kəndlərdə sabitliyin qorunması tapşırığını verdiyini bildirib.

Qarşıdurmanın və ya kütləvi davaların hansı səbəbdən baş verdiyi açıqlanmır. Araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 8-02-2020, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma