Xəbər lenti

Bütün ölkələrin inkişaf və sosial sistemləri seçmək kimi hüququ var.

Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər naziri Van Yi deyib. Onun sözlərinə görə, sivilizasiyaların konfliktini müdafiə edənlər Qərbdən olmayan sivilizasiyanın inkişafını qəbul etməyə hazır deyillər:

“Dünya zəngin və rəngarəngdir. Fərqli sivilizasiyalar bir-birinə hörmət etməli, bir-birindən öyrənməli və ümumi səylərlə inkişafa dəstək olmalıdırlar. Sivilizasiyaların konfliktini müdafiə edənlər şüuraltında hələ də Qərb sivilizasiyasının üstünlüyü ideyasını saxlayıblar. Onlar Qəb olmayan sivilizasiyanın inkişafını qəbul etməyə hazır deyillər. Bu ədalətsizlikdir.

Amerika sistemi və modeli Amerika xalqının seçimidir və Çin heç vaxt ABŞ-ın daxili işlərinə müdaxilə etməyib. ABŞ Çin xalqının seçiminə hörmət etməyə başlamalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 15-02-2020, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma