Xəbər lenti

 

Almaniyada silahlı insident olub. 

Hadisə  paytaxt Berlində qeydə alınıb.

Məlumata görə, “Local” portalı atışma nəticəsində 1 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığı barədə xəbər yayıb.  
Portal polisə istinadən xəbər verir ki, hadisə Kroytsberq rayonunda, Türkiyənin məşhur “Güldür Güldür Show" komediya şousunun nümayiş etdirildiyi “Tempodrom” idman-konsert zalının yaxınlığında baş verib.
Tamaşaçılar hamısı zaldan təxliyə olunub.
Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis atəş açanların bir neçə nəfər olduğunu ehtimal edir. Onlar hadisə yerindən qaçıb. Hadisə yerinə 200-dək polis göndərilib. Araşdırma aparılır. \\Modern.az 




Ana səhifəyə qayıt        Baxış: 444          Tarix: 15-02-2020, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma