Xəbər lenti

 

İsrailin Baş naziri Binyamin Netanyahu barədə məhkəmə prosesi mart ayında başlayacaq.

Publika.az “Trthaber”ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, prosesin parlament seçkilərindən iki həftə sonra başlanılması nəzərdə tutulub. Məhkəməyə Netanyahunun şəxsən qatılması tələb olunur. Qeyd edək ki, hökumət başçısı korrupsiya və səlahiyyətlərini aşmaq iddiaları ilə ittiham edilir.

İsrail tarixində ilk dəfə hakimiyyətdə olan Baş nazir məhkəməyə cəlb olunur.




Ana səhifəyə qayıt        Baxış: 270          Tarix: 18-02-2020, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma