Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Liderlər İdlibdəki vəziyyəti müzakirə ediblər. Prezidentlər İdliblə bağlı öhdəliklərə bağlı olduqlarını ifadə ediblər. Ərdoğan bildirib ki, bölgədəki vəziyyətin sabitləşməsi və humanitar fəlakətin dayandırılması vacibdir.

Bundan əlavə, telefon söhbəti zamanı Liviyadakı vəziyyət barədə də müzakirələr aparılıb.

Bu telefon söhbətindən bir neçə dəqiqə əvvəl İdlibdəki Türkiyə ordusu Suriya hökumət qüvvələrinin mövqelərinə növbəti dəfə top atışları həyata keçirib. Məlumata görə, Suriya ordusunun İdlibdəki yaşayış məntəqələrini hədəfə alması, türkiyəli hərbçilərin cavab atəşi açmasına səbəb olub. \\Publika




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 21-02-2020, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma