Xəbər lenti

"Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması vacib məsələlərdəndir". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxış edən Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, DGK ilə Avropa İttifaqı arasında dərin əməkdaşlıq əlaqələri mövcuddur: "Avropa İttifaqı Gürcüstanla Azərbaycan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması üçün maliyyə dəstəyinə yenidən baxmalıdır. Bu mərkəzin yaradılması olduqca mühüm məsələdir".
Qurum rəsmisi qeyd edib ki, bu mərkəz qonşu ölkələrdən tranzit axınının yaradılmasına böyük xidmət göstərəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 1 176          Tarix: 8-06-2017, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma