Xəbər lenti

“Əl-Cəzirə”, 14.03.2020

Koronavirus pandemiyası Amerikanın ictimai həyatında daha da dərinləşdiyindən ABŞ prezidenti Donald Tramp xəstəliklə mübarizə üçün daha çox vəsait təmin etməklə, ölkədə fövqəladə vəziyyət elan edib. “Mən rəsmi olaraq milli miqyasda fövqəladə vəziyyət elan edirəm”.

Nadir hallarda istifadə edilən fövqəladə vəziyyət elanı ilə Federal Fövqəladə İdarəetmə Agentliyinə əyalət və yerli hökumətlərə kömək etmək və ölkənin böhran rejimində əlaqələndirməni həyata keçirmək səlahiyyəti verilib.

Tramp yerli hökumətlərə ümumən 50 milyard dollara qədər vəsait ayrılacağını söyləyib. O, həmçinin səhiyyə naziri Aleks Azara əlavə səlahiyyətlilər verməklə, həkimlərə və xəstəxanalara federal tənzimləmə və qanunları adlamaq hüququ verib.

Bu həftə sürətlə yayılan virusun yavaşlamasına kömək etmək üçün kütləvi toplantıların məhdudlaşdırılmasına yönəlmiş addımlar, o cümlədən idman tədbirlərindən tutmuş muzeylərə girişin və ictimai toplantıların dayandırılması qərara alınıb.

Testin yoxluğundan başlayaraq təhlükənin ilkin qiymətləndirilməməsinə qədər Tramp rəhbərliyi virusa verdiyi reaksiya ilə bağlı sərt tənqidlərlə üzləşib.

Cümə günü Tramp ABŞ-ın test qabiliyyətini “yetərincə artıracağını” açıqlayıb.

Tramp administrasiyanın Bazar günü gecə test seçimlərinə dair açıqlama verəcəyini bildirib.

Nyu-Yorkda, şəhərin ətrafındakı Nyu-Roşelldə koronavirus üçün müayinəyə başlayacağını elan olunub. Burada 1,6 km-lik müdafiə zonası yaradılıb.

Koronavirus Nyu-York, Kaliforniya və Vaşinqton ştatlarında xüsusilə ağır hal alıb, ancaq bir neçə ştatdan başqa hamısı tənəffüs xəstəliyinə tutulma hallarının mövcudluğunu açıqlayıb.

Ölənlərin sayı 41 nəfəri keçib

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) Cümə günü ABŞ-da 1.678 koronavirus hadisəsini, əvvəlki saydan 414 halın artdığını və ölənlərin sayının 5-dən 41-ə yüksəldiyini bildirib.

CDC-yə ümumən 49 yoluxmanın Yaponiyadan və Çinin Uhan şəhərindən gəlmiş insanlar hesabına olduğunu qeydə alıb.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, bu günə qədər 130 ölkədən 138 mindən çox insan xəstəliyə yoluxub.

ABŞ-da ərzaq və digər zəruri malların ehtiyatını toplamağa çalışan alıcılar mağazalara cumublar.

Tramp təcili bəyanat verərkən, böhranın iqtisadi ziyanını məhdudlaşdıran yardım paketi vədi verib.

Nümayəndələr Palatasına nəzarət edən demokratlar maliyyə naziri Stiven Mnuçinlə müzakirələrdən sonra razılığa yaxın olduqlarını söyləyiblər. Palatanın spikeri Nensi Pelosi koronavirusa görə yardım paketini təsdiqləyəcəyini, Tramp administrasiyası və Konqresin respublikaçılarından amerikalıların rahatlığı naminə “ailələri birinci yerə qoymağı” xahiş edib.

Pelosi deyib: “Hər dəfə Amerika xalqının cəsarəti və nikbinliyi sayəsində qalib gəlmişik. İndi birlikdə çalışaraq bir daha qalib gələcəyik”

Mnuçin müxtəlif vergi güzəştləri təklif edib, demokratlar təhlükəsizlik şəbəkəsini genişləndirməyə çağırıblar.

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 242          Tarix: 14-03-2020, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma