Xəbər lenti

 Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Zabaykalye diyarının Səhiyyə nazirliyindən bildiriblər.

 Məlumata görə, bu gücə xəstəxananın reanimasiya şöbəsində avtobusun sürücüsü dünyasını dəyişib. Qəza zamanı xəsarət alan 34 nəfər xəstəxanalarda müalicə alır, onlardan 18-nin vəziyyəti ağır kimi qiymətləndirilir.

 Hadisə iyunun 11-i, axşam saatlarında “Baykal” federal avtomobil magistralının Petrovsk-Zabaykalye rayonundan keçən hissəsində qeydə alınıb. İçərisində 51 sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 13-06-2017, 08:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma