Xəbər lenti



Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan təxminən 34 il ötür. Hələ də yaxınlıqdakı yaşayış massivlərində həyat bərpa olunmayıb. Bura yalnız mütəxəssislər və turistlər ayaq basır.

Çernobıl meşələrində yanğın başlayıb. Ukrayna hökuməti yanğını heç cür dayandıra bilmir. Radiasiya sürətlə ətrafa yayılır. Mütəxəssislər radiasiya dərəcəsinin azı 16 dəfə artdığını bildirir.
Rusiya, Ukrayna telekanallarının görüntülərində meşə yanğınının böyük sürəti nəzərə çarpır. Yaxınlıqdakı atılmış evlər, binalar da oda bürünüb.
Çernobıl Atom Elektrik Stansiyasında partlayış 1986-cı il aprelin 26-da baş vermişdi. SSRİ rəsmən 50-yə yaxın adamın ölümünü etiraf etmişdi. Sonradan radiasiyadan zərər çəkən daha 4 min nəfərin vəfat etdiyi bildirilirdi. İndi daha böyük rəqəmlər səslənir. Bəzi mənbələr 93 min nəfərə qədər tələfat olduğunu iddia edir. \\Bizimyol.info  



Ana səhifəyə qayıt        Baxış: 1 621          Tarix: 6-04-2020, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma