Xəbər lenti
		Bu gün, 12:00
	
	
	
		Bu gün, 09:30
	
	
	
		Dünən, 19:47
	
	
	
		Dünən, 14:30
	
	
	
		Dünən, 11:30
	
	
	
		Dünən, 10:00
	
	
	
		2-11-2025, 21:30
	
	
	
		2-11-2025, 18:14
	
	
	
		2-11-2025, 14:30
	
	
	
		2-11-2025, 13:44
	
	
	
		2-11-2025, 13:00
	
	
	
		2-11-2025, 10:30
	
	
	
		2-11-2025, 09:30
	
	
	
		1-11-2025, 23:19
	
	
	
		1-11-2025, 21:17
	
	
	
		1-11-2025, 19:30
	
	
	
		1-11-2025, 18:30
	
	
	
		1-11-2025, 17:30
	
	
	
		1-11-2025, 16:39
	
	
	
		1-11-2025, 15:15
	
	
	
Keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra ən çox koronavirus yoluxmaları və ölüm hallarının baş verdiyi Ukrayna özünün ciddi iqtisadi problemlərinə baxmayaraq, epidemiyayla mübarizəyə böyük maliyyə vəsaitləri xərcləməyə məcburdur.“AzPolitika.info” xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski öz sosial şəbəkə səhifəsində hökumətin bu pandemiya ilə çətin mübarizə apardığını və bu mübarizədən yorulduqlarını etiraf edib.
Zelenski deyib ki, bütün çətinliklərə baxmayaraq, bu mübarizədən qalib ayrılmaqda qərarlıdırlar: “Sizlər tez-tez yazırsınız ki, biz(hakimiyyət-red.) yorğun görünürük. Düşünürəm ona görə ki, biz doğrudan da yorulmuşuq, amma sınmamışıq. Koronavirusla mübarizəmiz davam edir...”
V.Zelenski müraciətində qeyd edib ki, Ukrayna koronavirusla mübarizə vasitələrinin daxili istehsalını təmin etməklə maşğuldur. Artıq bir neçə gün ərzində səhiyyə işçiləri və digər qurumlar üçün 4 minə yaxın xüsusi izolyasiya kostyumları istehsal olunub.
Həmçinin, Ukraynada bir gündə 1 milyon ədəd tibbi maska istehsal olunur. Hökumət koronavirusdan əziyyət çəkən əhalinin bütün təbəqələrinə yardım etməyə çalışır. Təkcə pensiyaçılara yardım məqsədilə 30 milyard qriven(1 milyard dollardan çox) vəsait ayrılıb.
Prezident sonda yazır ki, böyük səbirsizlikləəhaliyə cəmi bir cümləlik - “Ukraynada koronavirusa yoluxma və ölüm qeydə alınmayıb” formasında müraciət edəcəyi günü gözləyir.
Xatırladaq ki, indiyədək Ukraynada ümumilikdə 2777 koronavirusa yoluxma faktı qeydə alıbnıb, 83 nəfər dünyasını dəyişib.
Cəlal
AzPolitika.info
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
 
 
 
 





















