Xəbər lenti


Rusiya ilə Əsəd arasındakı böhran dərinləşir. Rami Mahluf olayından sonra indi də Bəşər Əsədə yaxın çevrələrin ağzından Putini tənqid edən xəbərlər yayılmağa başlayıb.
Avropa.info bildirir ki, Türkiyənin Kanal7 televiziyasının xarici xəbərlər müdiri Taha Dağlı Rusiya prezidenti ilə Əsəd arasında böhran barəsində sensasion açıqlamalar verib.
O qeyd edib ki, Putin Əsəddən istədiyi 4 milyard dollarlıq müharibə təminatının axtarışındadır. Bildirilir ki, Putin bu təzminatı aldıqdan sonra Əsədin arxasından çəkiləcək. Belə bir şey olarsa, Putin Suriyada Əsədin yerinə kimi gətirməyə çalışır?
Türkiyəli yazar Bəşər Əsədin yerinə keçməsi gözlənilən adı adıqlayıb. Bu adam Suriyanın 5-ci ordusunun komandanı Süheyl Həsəndir.
Süheyl Həsənin Rusiyaya bağlı biridir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Suriyadakı bir nömrəli adamı sayılır.
Qeyd edək ki, Süheyl Həsən Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki "Bahar qalxanı" əməliyyatında yaralanmışdı. Süheyl Həsən məsələsində Rusiya ilə yanaşı, bir İran faktoru da var. Bəşər Əsəd rejimini müdafiə edən İran onun dəyişdirilməsi ilə məsələni necə qarşılayacaq? Bu sualın cavabı açıq qalır.




Ana səhifəyə qayıt        Baxış: 2 695          Tarix: 12-05-2020, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma