Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
“Financial Times”, Böyük Britaniya, 25.06.2020
17 iyunda Viktor Babariko öz tərəfdarlarına mesaj göndrərək, xahiş edib ki, onun Belarus prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün imza toplanmasına son cəhdi etsinlər.
O, “Cəmi bir gün qalıb (imza toplamaq üçün)” deyərək, öz tərfdarlarına çağırış ünvanlayıb. Və əlavə edib ki, artıq 9 avqusta təyin edilmiş səsvermədə səsvermə bülleteninə düşmək üçün tələb olunan 100 min imzadan, demək olar ki, 4 dəfə çox imza toplayıb.
Babariko öz tərəfdarlarına xitabən, “Siz ən yaxşılarısınız! Siz artıq rekordsmensiniz” deyib.
Ertəsi günü Babariko saxlanılıb. Müxalifət fəalları deyir ki, bu, Lukaşenkonun Rusiya ilə Avropa Birliyi arasında geopolitik baxımdan ziddiyyətli yer tutan keçmiş sovet respublikasının hakimiyyət sükanını 26 il ərzində əlində saxlamasına ən ciddi meydan oxumanı neytrallaşdırmaq cəhdidir.
Belarus Dövlət Nəzarət Komitəsi bəyan edib ki, hər hansı bir qanun pozuntusuna yol verdiyini rədd edən cənab Babariko, Rusiyaya məxsus “Belqazprombank”a aid olan 430 milyon ABŞ dollarının ofşor zonalarda yuyulması daxil olmaqla, müxtəlif cinayətlərin törədilməsində iştirakda ittiham olunaraq saxlanılıb.
Ardınca Lukaşenko bəyan edib ki, məqsədi ölkədəki sabitliyi pozmaq olan bir xarici sui-qəsdin qarşısını alıb.
Belarus Dövlət Nəzarət Komitəsinin sədri İvan Tertel isə bəyan edib ki, “oyuncaq oynadanlar” cənab Babarikonu ““Qazprom”da və daha yuxarıda olan bossların” ayaqları altında nəzarətdə saxlayırlar.
Cənab Babarikonun vəkili Maksim Znak hesab edir ki, keçmiş bankir hətta qəfəsdə qalsa da, adının seçki bülletenində qalmasına çalışacaq. Cənab Znak deyib: “Formal baxımdan həbsxanada olmaq namizədi seçki yarışında iştirak etmək və hətta seçkilərdə qalib gəlmək imkanından məhrum etmək üçün əsas deyil ”.
Lukaşenkonun tənqidçisi olan digər məşhur xadim, bloqqer Sergey Tixanovskinin saxlanmasının ardınca Viktor Babarikonun saxlanılmasından sonra minlərlə belarus şəhərlərin küçələrinə çıxıb. Yüzlərlə adam həbs edilib. Buna baxmayaraq, müxalifət fəalları hesab edir ki, son onillikdə ilk dəfədir ki, prezident həssas duruma düşüb.
Vitebskdən olan siyasi fəal Olqa Karaç deyib: “Mən bilirəm, ötən seçki kampaniyaları zamanı insanlar danışırdı (ki, Lukaşenko uduza bilər – red.), lakin mən ömrümdə ilk dəfədir buna inanıram. Mən demək istəmirəm ki, bu, 100% belə olacaq, ancaq eyni zamanda mən, həqiqətən, bilmirəm ki, 9 avqustdan sonra bizim prezidentimiz kim olacaq”.
Digərlərinin baxışı isə fərqlidir. 2010-cu ildə müxalif namizəd Vladimir Neklyaevin seçki kampaniyasında iştirak etdikdən sonra həbs edilən Prezidentin sabiq müşaviri Aleksandr Feduta deyir: “Lukaşenko uduzmaqdan çox qorxur. O, o qədər çox axmaqlıqlar edib ki… Və bilir ki, hakimiyyəti itirsə nələr olacaq. Bu səbəblə, hər şeyi edəcək ki, onu itirməsin”.
Lukaşenko hakimiyyətdə olduğu 26 il ərzində tək-tük etirazlarla qarşılaşıb. Bu etirazlar əsasən Belarusun zəif iqtisadiyyatı ilə əlaqədar fəlakətlərlə bağlı olub. İqtisadiyyatda hələ də qeyri-effektiv, sovet keçmişinin irsi olan dövlət kompaniyaları dominantlıq edirlər. Lakin son aylarda vətəndaşların bu iqtisadi narazılıqları Lukaşenkonun koronavirus pandemiyasına qeyri-ardıcıl reaksiya verməsilə bağlı qəzəblə birlikdə daha da dərinləşib.
Avropalı bir diplomat deyib ki, “Orta təbəqə, onun öz uşaqları ona qarşı çevriliblər”.
Avropa ölkələrinin əksəriyyəti bütün gücü ilə ölümcül koronavirusun yayılmasının qarşısını almaq üçün çalışdığı halda, Lukaşenko sosial məsafə gözləməklə bağlı hər hansı bir tədbirin tətbiq edilməsini inadla rədd edir. Bunu etmək yerinə, o, pandemiya ilə bağlı qorxuları “psixoz” adlandıraraq məsxərəyə qoyub və keçilərlə ünsiyyət qurmaqdan tutmuş əlac kimi araq içməyədək, öz məxsusi reseptini təqdim edib.
24 iyun 2020-ci il tarixinə olan məlumata əsasən, Belarusda 58 min COVİD-19-la yoluxma halı qeydə alınıb. Əhalisi 4 dəfə çox olan qonşu Polşada isə cəmi 32 min yoluxma halı qeydə alınıb.
Babariko həbs olunmasından bir müddət öncə “Эхо Москвы” radiosuna verdiyi müsahibədə bəyan edib: “26 il ərzində heç kim həyatımıza bu qədər diqqətsiz yanaşmayıb. Belə davranışı heç kim bağışlaya və onunla barışa bilməz”.
Belaruslar arasında müxalif əhval-ruhiyyənin artması Lukaşenko üçün münasib olmayan vaxtda baş verir. SSRİ-nin dağılmasından sonra Belarus heç vaxt Rusiyanın orbitindən uzaqlaşmayıb. Lakin son aylarda RF Prezidenti Vladimir Putin Minskə təzyiqi artırıb ki, Belarus öz şərq qonşusu ilə daha dərin inteqrasiyaya razılıq versin. Lukaşenko çoxdandır ki, bundan yayınmağa cəhd edir.
AB diplomatı qeyd edib: “Qərb tərəfindən “pulu ödənilən” hər hansı bir namizəd yoxdur… Rusiyapərəst namizəd də yoxdur. Rusiya onların qalib gəlməsini deyil, Lukaşenkonun zəifləməsini istəyir”.
Cənab Lukaşenko da Moskvanın təzyiqlərini yumşaltmaq üçün səylə AB və ABŞ-la daha yaxın əlaqələr axtarır. Ancaq təhlilçilər təsdiq edirlər ki, əgər o, öz rəqibləri ilə sərt davranacaqsa, o halda, çox güman ki, Qərb yenə də ondan çəkinəcək, onu cənab Putinlə müttəfiq münasibətlərdə qalmağa buraxacaq.
ABŞ-ın alman Marşall Fondundan olan Yorq Forbriq təsdiq edir ki, “Onlar (rəsmi Minsk – tərc.) hansısa bir mərhələdə bu məsələlərə qayıtmalı olacaqlarını və bunu Qərblə münasibətləri dondurduqları bir şəraitdə etməyin daha çətin olacağını bilirlər”.
Cənab Fedutanın sözlərinə görə, hətta Lukaşenko öz namizədliyini 6-cı dəfə rəsmiləşdirməyə nail olsa belə, bunun nə ilə bitəcəyi məlum deyil. O, 2014-cü ildə Kiyevdə baş tutan və Ukrayna Prezidenti Viktor Yanukoviçin devrilməsiylə nəticələnən etirazları nəzərdə tutaraq deyib: “Qalib gəlmək bir şeydir, sonra nə baş verəcəyi isə tamamilə başqa bir şey. Əgər insanlar meydana çıxacaqlarsa, bu, daha bir “Maydan” olacaq”.
Tərcümə Strateq.az-ındır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar