Xəbər lenti

 İngiltərə Xarici İşlər naziri Boris Conson paytaxt Londonda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndən olan həmkarlarıyla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumat İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən yayılıb. Conson həmkarlarıyla etdiyi danışıqlarında baş verən gərginliklərdən narahatlığını dilə gətirib.

Qeyd edək ki, Conson həmin gün Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani ilə də Londonda bir araya gəlmişdi.




Ana səhifəyə qayıt        Baxış: 712          Tarix: 17-06-2017, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma