Xəbər lenti


Xəbər verdiyimiz kimi, Türkiyə Qara dənzidə böyük ehtiyata malik qaz yatağı aşkar etdiyini bəyan edib.  Bu, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi kimi dəyərləndirilir.
 
Maraqlıdır, Türkiyənin böyük enerji resursuna sahiblənməsi onun enerji asılılığını azaltmaqla yanaşı, onun iqtisadi-siyasi gücünün daha da artmasına da öz töhfəsini verəcəkmi?
 
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri, baş verənlərin Türkiyənin gələcəyinə ciddi şəkildə təsir göstərəcəyini qeyd etdi:
 
“Qara dənizdə aşkar edilən qaz yataqlarının Türkiyə üçün çox böyük əhəmiyyəti mövcuddur. Bu, Türkiyənin enerji asılılığının azalması, onun özünü enerji resursları ilə daha etibarlı şəkildə təmin etməsi deməkdir. Türkiyə bundan sonra Rusiya ilə qısamüddətli və  daha ucuz qiymətə qaz alınması prosesinə rəvac verəcək. 
 
Bu gün Türkiyə ona görə güclənir ki, regionda maarq və təhlükəsizliyini təmin etmək üçün yerli və milli silahlardan istifadə edir. Aparılan bütün əməliyyatlarda yerli istehsal olan silahlardan istifadə edilir ki, Türkiyənin NATO-dakı dırnaqarası müttəfiqləri bu səbəblə də  o qədər də boyunlarından yuxarı danışa bilmirlər. Çünki artıq Türkiyə əməliyyatlarda onların istehsal etdiyi silahlardan istifadə etmir.
 
Bu məsələ enerji sektorunda da özünü göstərəcək. Türkiyə nə Rusiyadan, nə də Yaxın Şərqdəki neft-qaz ölkələrindən asılı olmayacaq. Bu isə Türkiyənin mövqelərini gücləndirəcək. Ucuz neft və qazın mövcudluğu Türkiyə vətəndaşlaırnın rifahına da müsbət təsir göstərəcək. Bu, Türkiyə iqtisadiyyatının sürətli inkişafına rəvac verəcək. Baş verənlər Türkiyənin qlobal güc olmaq istiqamətindəki addımlarını da gücləndirəcək. Düşünürəm ki, daha bundan sonra Türkiyəni kimsə dayandıra bilməz. Bu səbəblə də qardaş Türkiyəni təbrik edirəm”.
 



Ana səhifəyə qayıt        Baxış: 3 040          Tarix: 21-08-2020, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma