Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
"Türkiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq son dərəcə labüddür".
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Etibar Əliyev özünün "Facebook" səhəfəsində məlumat paylaşıb.
Deputat bildirib ki, düşmən Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpağımız işğal altındadır. Ermənistanın işğalçılıq siyasəti region üçün olduqca böyük təhlükə yaradıb
E.Əliyev qeyd edib ki, düşmənin Tovuz rayonunda heç bir Beynəlxalq normalara sığmayan həyasız hərəkətinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cavabı erməni məkrini açıq şəkildə ortaya qoydu:
“Bu hücum Ermənistanın çapını aşan bir hadisədir.” Ermənilərin 1988-ci ildən indiyə qədər xalqımıza qarşı atdıqları bütün vəhşi hərəkətlər onların çapını aşıb. Həyasızlığın, vandalizmin həddi -hüdudu olmayıb.
Ölkələr arasında Hərbi əməkdaşlıq həm Sülh şəraitində, həm də müharibə şəraitində mümkün ola bilər. Hərbi Əməkdaşlıq beynəlxalq münasibətlərin kəskinləşdiyi dövrdə, real hərbi təhlükə yarandığı və hərbi münaqişələrin riskinin artdığı dönəmlərdə daha intensiv xarakter alır.
Və buna xeyli misallar gətirmək olar...Tarixi gedişatda hərbi əməkdaşlığın bü növləri önə çəkilir:
Hərbi-siyasi, hərbi strateji və hərbi - texniki əməkdaşlıq. Azərbaycanla Türkiyə arasında razılaşdırılmış Hərbi doktrina qəbul olunmalıdır.
Bu hərbi doktrina Regionda təhlükəsizliyin təmin olunmasını koordinasiya edə bilər. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın hər üç növünə də ehtiyac var. Və hər iki qardaş xalq bunu dəstəkləyir. Fatih Sultan Mehmetin tarixdə qalan bir fikrini xatırlayıram: “Mənim bircə arzum var:
Konstantinapolu mənə verin!” İndi qardaşlarımızla bizim bircə arzumuz var: Qarabağı qaytarmaq arzusu. Bu isə mütləq hərbi əməkdaşlıqdan keçir".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar