Xəbər lenti


Onun adını çəkmək istəmirəm, amma məcburam, çünki şəxsimə üz tutub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü tədbirdə çıxışı zamanı deyib.

Türkiyə prezidenti fransalı həmkarı Emmanuel Makrona xitabən sözlərinə belə davam edib: "Cənab Makron, sənin şəxsən mənimlə hələ çox sıxıntın olacaq. Dəfələrlə bunu sənə söyləmişəm, amma qulaq aslmırsan... Tarixdən bilgin yoxdur, türk millətiylə məşğul olma. Afrikanın tarixi Türkiyənin tarixdir.

Əlcazirdə, Ruandada minlərlə insanı öldürən sizlərsiz. Bizə insanlıq dərsi keçə bilməzsiz".

Qeyd edək ki, şərqi Aralıq dənizində yaranmış gərginlikdə Fransa Türkiyəyə qarşı xüsusi canfəşanlıq göstərir.

Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron açıqlama verərək Türkiyə xalqıyla heç bir probleminin olmadığını söyləmiş, "problemimiz Ərdoğandır" deyə əlavə eləmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 557          Tarix: 12-09-2020, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma