Xəbər lenti
Dünən, 19:25


Ukraynanın Xarkov vilayətində An-26 hərbi təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hava gəmisinin qanadının yerə dəydiyi ehtimal olunur.
 
Modern.az “Suspilne” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Andrey Taran bildirib.
 
“Hər şey plana uyğun gedirdi. Kursantlar üçün təlim uçuşları həyata keçirilirdi. Pilot təlimatçı daim təyyarənin sükanı arxasında olub, kursantlar təyyarəyə nəzarət etmək üçün sağ oturacaqda əyləşmişdi. İlkin təhlillər təyyarənin qanadının yerə dəyidiyini göstərir. Qara qutu hələ də təyyarədədir, orada qeydə alınan məlumatları analiz etdikdən sonra bir nəticə çıxarmaq mümkün olacaq”.O, pilotun mühərrikdə nasazlıq olduğunu bildirdiyinə dair əvvəlki məlumatları da təkzib edib.
 
“Mühərrik deyil, bəzi sensorlarda nasazlıq yaranıb”, - deyə o vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 657          Tarix: 26-09-2020, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma