Türkiyədə əsgərlər arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Ovqat.com xəbər verir ki, qardaş ölkənin Manisa şəhərində çox sayda əsgər müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edib.
Hadisənin xüsusilə Manisada baş verməsi ciddi narahatlıq doğurub. Çünki ötən ay da bu şəhərdə mindən artıq əsgər zəhərlənmiş, onlardan biri həyatını itirmişdi.
Daha sonra Diyarbəkirdə bir hərbi hissədə də əsgərlərin zəhərlənməsi xəbərləri yayılmışdı.
İndi yenidən zəhərlənmə xəbərlərinin, özü də eyni şəhərdən gəlməsi istər-istəməz ağıllara təxribat ehtimallarını gətirir.
Son hadisəylə bağlı sosial media üzərindən öz mövqeyini paylaşan Manisa millət vəkili Tur Yıldız Biçerə (CHP) görə, zəhərələnmənin səbəbi qidadır və 50 əsgər xəstəxanaya yatırılıb:
"Manisada yenə əsgərlərimiz qida zəhərlənməsi şübhəsiylə xəstəxanaya qaldırılıb. Sayları hazırda 50-dir. Bu dəfə təcili yardım maşınlarından istifadə olunmayıb. Zəhərlənənlər hərbi maşınlarla xəstəxanalara aparılıb. 21 əsgər dövlət, digərləri isə Mərkəz Əfəndi xəstəxanasına yatırılıb. Əsgərlərə ilkin müdaxilələr edilib. Tədqiqatlar aparılır, nəticələr gözlənilir"-Biçər, statusunda belə yazıb.
Paylaş: