Xəbər lenti


Cənubi Azərbaycan və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar yeni həbslər baş verib.

Təbrizdə bazar günü axşam saat 5 radələrində başlanan aksiya polisin sərt müdaxiləsinə rəğmən gecə saatlarına qədər davam edib.

Təbrizdə “Gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı səsləndirən aksiya iştirakçılar İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərə görə, aksiyada həmçinin “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilib.

Oktyabrın 17 və 18-də Qarabağa dəstək mitinqlərinə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb. (Amerikanın Səsi)





Ana səhifəyə qayıt        Baxış: 3 293          Tarix: 19-10-2020, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma