Xəbər lenti

Rusiya İŞİD lideri Əbubəkir Bağdadinin öldürüldüyünə dair sübutları əldə edə bilmir.

Publika.az
“İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən həftə Rusiya təyyarələri İŞİD liderlərinin Rakka yaxınlığında keçirdiyi toplantını bombalamışdı.

Ehtimal edilirdi ki, toplantıda Bağdadi də iştirak edib. Rusiya Müdafiə Nazirliyi Bağdadinin öldürüldüyü haqda prezident Vladimir Putinə məlumat vermişdi.

Hesab olunurdu ki, Bağdadinin öldürülməsi doğru çıxarsa, bu, Rusiyanın nüfuzunun artmasında böyük rol oynayacaq. Lakin ABŞ Bağdadinin öldürülmədiyi açıqlamasını yaydı. İndi isə Rusiya İŞİD liderinin ölüm xəbərini təkzib edir.

 




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 20-06-2017, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma