Xəbər lenti

 Aviazərbələr nəticəsində dünyanın ən çox axtarılan cinayətkarı və İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi məhv edilib.

Virtualaz.org Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya dövlət televiziyası yayımlayıb.

Nəşr onu da əlavə edir ki, bu, əl-Bağdadinin ölümü barədə ilk belə xəbər deyil. Terror təşkilatı hələlik liderinin öldürülməsi haqqında məlumat verməyib.

Bildirildiyinə görə, terrorçuların rəhbəri dünən Rakka şəhərində koalisiya aviasiyasının zərbəsi nəticəsində məhv edilib.

Sonuncu dəfə bu ilin aprel ayında Əbubəkr əl-Bağdadinin ölüm xəbəri yayılmışdı




Ana səhifəyə qayıt        Baxış: 1 720          Tarix: 11-06-2017, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma