Xəbər lenti


Əhvaz şəhərində terror aktı törədən “Əl-Əhvaz” terror təşkilatının rəhbəri Həbib Osuvad saxlanılıb və hazırda dindirilir. İstintaq başa çatdıqdan sonra iş məhkəməyə veriləcək.
 
Modern.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müştəba Zənnuri deyib.
 
O qeyd edib ki, bu terror təşkilatı İranda insanların ölümü ilə nəticələnən bir sıra terror aktları həyata keçirib. Onlardan biri də Əhvaz şəhərində keçirilən hərbi paraddakı terror aktıdır. Məhz bu təşkilatın üzvləri 2018-ci ilin sentyabrında Əhvaz şəhərində keçirilən hərbi paradda iştirak edən tamaşaçıları atəşə tutmuşdular. Nəticədə 26 nəfər yerindəcə həlak olmuş, 69 nəfər isə ağır yaralanmışdı. Ölənlər arasında uşaq və qadınlar da var idi. Bu terror aktına görə məsuliyyəti “Əl-Əhvaz” təşkilatı öz üzərinə götürmüşdü.
 
Qeyd edək ki, xüsusi xidmət orqanları Həbib Osuvadı xarici ölkələrin birində həbs edərək İrana gətirib. İran mətbuatı onun edam olunacağını istisna etmir.





Ana səhifəyə qayıt        Baxış: 2 522          Tarix: 3-11-2020, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma