Xəbər lenti


“Qvatemalada “Eta” fırtınasının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində 50-dən çox insan həyatını itirib”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandro Qiammattei rəsmi “Twitter” səhifəsində bildirib.

"Səhər 4 qurban idi, indi onların sayı 50-dən çoxdur", - dövlət başçısı vurğulayıb. 

Prezident hadisə ilə bağlı ölkənin 9 departamentində fövqəladə vəziyyət rejiminin elan olunduğunu bildirib. 

Fırtına nəticəsində yüzlərlə ev və bir sıra yollar yarasız hala düşüb. Ən ciddi ziyan Alta Verapaz, İsabal, Quiçe və Petain departamentlərinə dəyib. 
Qvatemala ilə həmsərhəd olan Hondurasda azı 11 nəfərin öldüyü bildirilir.

“Eta”nın cümə günü Karib dənizinə qayıdacağı və Kuba istiqamətində hərəkət edəcəyi  təxmin edilir.



Ana səhifəyə qayıt        Baxış: 2 548          Tarix: 6-11-2020, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma