Xəbər lenti


“Danışıqlar və siyasi həll Dağlıq Qarabağ böhranına son qoya bilər”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi bildirib.
“Müharibənin bitməsindən məmnunluğumuzu bildirməklə yanaşı, atəşkəslə bağlı əldə olunan razılaşmanın həyata keçiriləcəyini ümid edirik“, – deyə o, əlavə edib.

Mahmud Vaezi öz “Twitter” hesabında yazıb: “İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyini və Dağlıq Qarabağ münaqişəsində tərəflərin atəşkəsi qəbul etməsini alqışlayır. İki ölkənin beynəlxalq sərhədlərə və bütün təbəqələrdən olan vətəndaşlarının hüquqlarının qorunmasına bağlılığını vurğulamağa davam edirik”.

İranlı rəsmi əlavə edib: “Münaqişədəki hər iki tərəfin, ölkələrin ərazi bütövlüyü və vətəndaşlarının vətəndaşlıq hüquqları da daxil olmaqla, beynəlxalq hüquqa sadiq qalacaqları təqdirdə, danışıqların və siyasi həll yolunun bu uzun müdətli böhrana son qoyacağına inanırıq”.



Ana səhifəyə qayıt        Baxış: 1 601          Tarix: 10-11-2020, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma