Xəbər lenti
21-11-2020, 11:34


Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Rusiya Federasiyasının idarələrarası nümayəndə heyəti ilə birlikdə Yerevana gəlib.

"Qafqazinfo" xəbər verir ki, Nazirlər Kabinetinin müəyyən etdiyi kimi, idarələrarası nümayəndə heyətinin üzvləri bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəklər.

Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorgyan "RİA Novosti"yə bildirib ki, Şoyqu artıq Paşinyanla görüşdədir.

Sputnik Ermənistanın mənbələri, öz növbəsində, xarici işlər naziri Sergey Lavrovun, həmçinin Baş nazir müavinləri Aleksandr Novak, Aleksey Overçukun və Fövqəladə Hallar Nazirliyinin başçısı Yevgeni Ziniçevin də daxil olduğu Rusiya hökumətinin digər nümayəndələrinin də səfərlərinin gözlənildiyini bildiriblər.



Ana səhifəyə qayıt        Baxış: 2 874          Tarix: 21-11-2020, 11:36      


Paylaş: