Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Ermənistanı silahlandıran Rusiyanın Hava Hücumundan Müdafiə sistemində Azərbaycanı dəstəkləyən Türkiyənin dronlarının aşkar elədiyi kor nöqtə var
Hurriyyet.org xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “Blumberq” (“Bloomberg”) nəşrində dərc olunan yazıda Türkiyənin PUA və silahlı dronlarının Dağlıq Qarabağ müharibəsindəki uğuru mədh edilir, Türkiyənin inkişaf etdirdiyi pilotsuz uçuş aparatları texnologiyasının Azərbaycanın işğalçı Ermənistan üzərindəki zəfərində mühüm rol oynaması qeyd edilir.
Amerikalı jurmalist Leonid Berşidskinin yazdığı məqalədə Türkiyənin istehsal elədiyi “Bayraktar TB2” adlı PUA və silahlı pilotsuz uçuş aparatlarının həm Dağlıq Qarabağda, həm də Liviyada mühüm nailiyyətlər əldə elədiyi bildirilir, ötən il Liviyada qiyamçı Həftər qüvvələrinə qarşı mühüm bir uğur əldə elədiyi vurğulanıb. Bənzər şəkildə ötən günlərdə də Dağlıq Qarabağda eyni pilotsuz uçuş aparatlarının işğalçı erməni tankları, topları və yenə də bəzi Rusiya istehsalı olan təyyarə əleyhinə sistemlər üzərində də olduqca təsirli olduğu bildirilir.
“Türk dronları Moskvanın vasitəçiliyi ilə sülh müqaviləsinin razılaşmasını həyata keçirilməsində mühüm rol oynayaraq, Azərbaycanın 1990-cı illərdən bəri Ermənistan işğalı altındakı topraqlarının geri alımasını təmin edib. Türkiyə ilə müttəfiqi Azərbaycan hücum-müdafiə balansını pozmaq üçün pilotsuz uçuş aparatlarından istifadə edərək hücumun itkisini ən aza endirdilər. Çünki PUA və SPUA itirmək, bir tank, yaxud da pilotlu uçuş aparatını itirməkdən daha ucuz başa gəlir. Həm Liviya, həm də Dağlıq Qarabağ müharibələrində pilotsuz uçuş aparatlarının operatorları müxalif tərəflərin təhlükəsizlik çatışmazlıqlarını başa düşmək üçün çox riskə getdilər və yol boyunca bir neçə dronu itirdilər”.
“Ermənistan və Azərbaycan kimi məhdud sayda təyyarəsi olan kiçik dövlətlər üçün pilotsuz uçuş aparatları olduqca mühümdür. Ermənistan Rusiya hava müdafiəsi sistemlərinə etibar eləməklə bu qumarda uduzdu”.
“Pantsir”də kor nöqtə var
Berşidski məqaləsində böyük güclərin ölkələrinin müdafiə sənayelərinin ən böyük ixracatlarından biri olan hava hücumundan müdafiə sistemlərinin yararlılığını şübhə altında qoyduğuna görə dronların onlar üçün böyük problemə çevrildiyini də qeyd edib: “Rusiyanın istehsalı olan Pantsir Hava Hücumundan Müfadiə sistemi əvvəlcə Liviyada, ardından Dağlıq Qarabağd uğursuz oldu. Ermənistanın Rusiyaya güvənərək istifadə elədiyi Pantsir, Türkiyənin pilotsuz uçuş aparatlarının qarşısında böyük əskəriyyətlə gücsüz qaldı. Çünki Rusiya istehsalı olan HHM sistemində bir düşmənin daxil olmağı öyrənə biləcəyi bir kor nöqtə var”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar