Xəbər lenti

 
Suriyada və Liviyada xeyli sayda rus “Pantsir”lərini vurmaqla özünü dünyaya tanıtdıran Türk PUA-sı “Bayraktar” Dağlıq Qarabağda əsl əzələ nümayişi etdirdi. Yüzlərlə erməni tankını sıradan çıxaran bu silahın ən böyük uğuru isə Rusiyanın yenilməz hava hücumundan müdafiə sistemi kimi dünyaya sırımaq istədiyi S-300-ləri “dənləməsi” oldu. 
 
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi indiyədək 4 ədəd S-300-ü məhv edən “Bayraktar” bu xüsusiyyətilə öz “ovçusunu ovlayan ov” olaraq xarakterizə oluna bilər. Zira istər “Pantsir”-lər, istərsə də S-300-lər məhz hava hücumlarından müdafiə silahlarıdır. Di gəl ki, “Bayraktar” qarşısında müdafiəsiz qalaraq, “keçəlin dərmanı olsa öz başına sürtər” zərb-məsəlini xatırlatdılar.
 
Bəs, “Bayraktar” bu qeyri-adi gücünü hardan alır? Onu rus HHM sistemlərinin gözündən yayındıran nədir?
 
Ovqat.com-un məlumatına görə, rus hərbi dairələrini heyrətə salan bu sualın cavabını Türk mütəxəssisləri gizlətməyə belə, lüzum görmədən “Bayraktar”-ın başarısının 2 sirrini açıqlayıblar.


“9K33 OSA” zenit-raket kompleksi
 
“Yeni Şafak”-a açıqlama verən müdafiə siyasəti üzrə analitik Turan Oğuz “Bayraktar”larının bu uğurunun arxasında “çox yaxşı taktiki planlaşdırma”nın dayandığını söyləyib.
 
Ermənistanın hava hücumundan müdafiə sistemlərinin köhnə və zəif cəhətlərinin olduğunu vurğulayan T.Oğuzun fikrincə, “Bayraktar”ların uğurlarının əsas sirri sürətində və yüksəkliyə qalxma özəlliyindədir.
 
"Bayraktar və MAM-L (PUA-nın atdığı raketin adı) ikilisi ruslar tərəfindən vurula bilməz, çünki onlar Rusiya hava hücumundan müdafiə sistemlərinin limitini üstələyirlər. 13-ü vurulan “9K33 OSA” zenit-raket kompleksi, 360 km / s-dan aşağı sürətlə uçan hədəflərini 5 km uzaqlıqdan və 6,4 km hündürlükdən aşkar edə bilər. “Bayraktar isə TB-2” 130 km / saatdan daha yavaş uça, 5.5 km yüksəklikdən atəş edə bilər və MAM-L-in mənzili 8 ilə 14 km arasındadır”.


 
S-300-lərə gəlincə, Türkiyəli mütəxəssisin dediyinə görə, bu HHM sistemi 180 km / s-dən aşağı sürətli uçuşları daxili nasazlıqlar kimi qəbul edir və izləyə bilmirlər. “Bayraktar” isə sürətini 130 km/s-a qədər azaltmaq qabiliyyətinə malikdir: “Bunların hamısı ətraflı öyrənilib və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hamısı uğurla vurulub. Elektron dalğaların qarşısını alan vasitələrə belə ehtiyac qalmayıb”.
 
Azərbaycan ordusunun bu müvəffəqiyyətinin arxasında ciddi kəşfiyyat çalışmalarının da dayandığını etiraf edən T.Oğuz fikrini bu cür əsaslandırıb:
 
"Azərbaycan ordusu, ehtimal ki, türkiyəli məsləhətçi qrupu ilə birlikdə PUA-ların imkanları və əməliyyat planlaması üzərində çox yaxşı işləyiblər. Dağlıq Qarabağdakı bütün uğurların arxasında ciddi iş dayanır. Mümkün olan təhdidlərə qarşı alınacaq bütün tədbirlər ətraflı şəkildə nəzərdən keçirilib. Operativ kəşfiyyat məlumatlardan da çox təsirli bir şəkildə istifadə edilib."


Ana səhifəyə qayıt        Baxış: 6 501          Tarix: 23-10-2020, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma