Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
İran ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ilin may ayında “Birgə Hərtərəfli Fəaliyyət Planından “(JCPOA) çıxıb İrana sanksiya tətbiq etməsindən sonra, onun prezidentlikdən getməsini gözləyirdi ki, “zəif demokrat rəqibinə” yaxınlaşsın.
Əslində, Tramp dövrünün Milli Təhlükəsizlik müşaviri Con Boltonun dediyinə görə, 2018-ci ildə ABŞ bu müqavilədən çıxdığını elan etdikdən sonra İrana nüvə anlaşmasında qalmağı tövsiyə edən və Trampın müddəti bitənə qədər gözləməyi məsləhət görən də keçmiş Dövlət Katibi Con Kerri idi.
İran Kerrinin dediklərini dəqiq yerinə yetirdi və indi Tehran ABŞ-ı bu müqaviləyə qaytarmaq, İrana qarşı bütün sanksiyaları ləğv etmək niyyəti ilə Co Baydenə qarşı təzyiqləri kəskin şəkildə artırmaqla məşğuldur. Bunun üçün də bəzi addımlar atmaqdadır.
Bu son addımlardan sonra biri də keçən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) tərəfindən Qeşm və Larak adaları arasında olan İran limanında Cənubi Koreyanın neft tankerinin “neft çirklənməsi” bəhanəsi ilə ələ keçirilməsi və limanda həbs edilməsi oldu.
Bunu 4 bəhanə ilə ələ keçirdi. Birincisi, bu, İranın geosiyasi strateqi və IRGC-nin elit əl-Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümündə oldu. İkincisi, Cənubi Koreya, ABŞ-ın Asiya – Sakit Okean bölgəsindəki əsas müttəfiqidir və İranın əsas sponsoru Çin onun üstündə tam suverenliyini təsdiq etməyə çalışır. Üçüncüsü, İranın fikrincə, Cənubi Koreya ona 7 milyard dollar borcludur.
Və sonda, İran Fars Körfəzi və ətrafındakı gəmiləri qaçırmağa hazır olduğunu göstərərək, vurğulayır ki, Fars Körfəzinin Hörmüz Boğazındakı su yolu – hansı ki, dünyanın bütün neft təchizatının üçdə biri buradan aparılır – İranın arxa bağçasıdır. Üstəlik, İran işarə edir ki, özünün neft ixracc etdiyi Qoreh-Cak kəmərinə toxunmadan dünya neft bazarlarında öz istədiyi vaxt çaxnaşma körükləyə bilər.
Uran zənginləşdirmə proqramına gəlincə Xarici İşlər Naziri Cavad Zərifin sözlərinə görə, İran keçən həftə parlamentin və Beynəlxalq Atom Enerjisi Agentliyin (MAQATE) razılığı ilə, Fordow nüvə obyektində uranın 20%-lik zənginləşdirilməsinə yenidən başladı.
İranın Con Kerrinin məsləhəti ilə yürütdüyü siyasətə tam uyğun olaraq Zərif əlavə etdi: “Əgər bu müqavilənin şərtlərinə iştirakçılar hamısı əməl etsə, bu işlər tam durdurulacaq, geri çevriləcək”. Bununla Zərif ABŞ-ın müqavilədən çıxana kimi İranın şərtlərə əməl etdiyini və onu pozmadığını vurğuladı.
Nəticədə MAQATE İranı doğruladı.
Digər tərəfdən, Trampın bir sıra yüksək rütbəli müşavirləri və CIA-dakı yüksək vəzifəli şəxslərdən bəziləri ABŞ-ın bu nüvə sazişindən çıxmasından əvvəl Senat Komitəsinə ifadə verdilər ki, İran nüvə silahı yaratmağa çalışmayıb və Tehran 2015-ci il nüvə anlaşmasına riayət edib.
İranın bu təzyiqi, Baydeni nüvə sazişinin 2015/16-cı versiyasına qayıtmağa məcbur edəcəkmi? Müşahidələrə görə, nüvə sazişinə Bayden danışıqlar qrupunda qayıdacaq.
Obama tərəfindən sazişə daxil edilən bəndlər, ABŞ 2018-ci ildə müqavilədən çəkildikdən sonra o zamanki Dövlət katibi Mayk Pompeo tərəfindən irəli sürülən bəndlərlə eyni idi.
Bu müddəalar, Bayden Administrasiyasının İranla yenidən danışıqlarının əsasını təşkil edəcək və keçən dəfədən fərqli olaraq həm Fransa, həm də Almaniya indi İranın ballistik raket proqramını yoxlamaq üçün hazırlanmış bu sazişin arxasında durur.
Hurriyyet.org
Tərcümə etdi: Ülviyyə Şükürova
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar