Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Ermənistanın baş naziri Nikol Paşinyanla ölkə prezidenti Armen Sarkisyan arasında gərginlik qalmaqdadır.
“Report” xəbər verir ki, bununla bağlı “Qraparak” qəzeti yanvarın 13-də məqalə dərc edib.
“2020-ci il dekabrın 24-də Nikol Paşinyanın prezident Armen Sarkisyanla görüşünə dair məlumat yayılmışdı. Sarkisyan Paşinyanın və hökumət üzvlərinin istefasını tələb etdiyi üçün onda bu xəbər cəmiyyətdə müəyyən anlaşılmazlıq yaratmışdı. Bizə həmin görüşün xoş ovqatda keçmədiyini bildirmişdilər. Görüşün təşəbbüskarı Paşinyan olub. O, Sarkisyandan ölkədəki vəziyyəti müzakirə etmək üçün onunla görüşmək istədiyini bildirib. Halbuki əvvəllər əksinə idi. Onda Paşinyan Sarskisyanı boykot edirdi. Baş nazir onu Təhlükəsizlik Şurasının toplantılarına dəvət etməz, prezident ziyafətlərdə nadir hallarda görünərdi. Görüş neytral yerdə keçirilib. Armen Sarkisyan Nikol Paşinyanı öz iqamətgahında qəbul etməyib və hökumət binasına da getməyib”, - qəzet yazıb.
“Qraparak” bildirib ki, 30 dəqiqə sürən görüş bir fincan çayla başa çatıb. Paşinyanın nahar dəvətindən Sarkisyan imtina edib. Məlumata görə, onar arasında ciddi müzakirə baş verməyib. Sarkisyan yenə də bildirib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Paşinyanın və Nazirlər Kabinetinin istefasında, müvəqqəti milli barış hökumətinin formalaşdırılmasındadır.
Qeyd edək ki, Armen Sarkisyan hazırda Böyük Britaniyada koronavirusdan müalicə olunur. Onun səhhətinin ağır olduğu bildirilib. Bu təhlilin Paşinyanın Moskva səfərindən sonra yayılması isə ölkədəki Rusiyayönlü müxalifətə və Sarkisyanın təmsil etdiyi siyasi qüvvəyə ismarış sayılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar