Xəbər lenti


Rusiyanın bir sıra şəhərlərində hökumətə qarşı etiraz aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, ilk aksiyalar Xabarovsk və Vladivostokda baş tutub.

Rəsmi məlumatlara görə, Vladivostokda etiraz aksiyasına çıxanların sayı 60 nəfəri ötməyib, onlardan bir neçəsi saxlanılıb. Xabarovskda isə 13 nəfər saxlanılıb.

Krasnoyarsk şəhərində isə kiçik bir qrupun təşkil etdiyi aksiya dinc şəraitdə keçib, bir müddət sonra etirazçılar dağılışıb.

İrkutsk şəhərində etirazçılar hökumət binasının qarşısında aksiya keçirib, saxlanılanlar var.



Ana səhifəyə qayıt        Baxış: 2 869          Tarix: 31-01-2021, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma