 
Xəbər lenti
		Bu gün, 10:28
	
	
	
		Bu gün, 09:12
	
	
	
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
		Dünən, 13:30
	
	
	
		Dünən, 10:30
	
	
	
		29-10-2025, 23:39
	
	
	
		29-10-2025, 22:30
	
	
	
		29-10-2025, 21:39
	
	
	
		29-10-2025, 20:22
	
	
	
		29-10-2025, 19:45
	
	
	
		29-10-2025, 18:30
	
	
	
		29-10-2025, 17:53
	
	
	
		29-10-2025, 16:04
	
	
	

Tbilisinin mərkəzi Rustaveli prospektində “komendant saatı”nın başladığı yerli vaxtla saat 21:00-da itaətsizlik yürüşü start götürüb. “Report”un yerli bürosu xəbər verir ki, “Ayıbdır” hərəkatının təşkil etdiyi aksiyada ictimai fəallar, müxalifət təmsilçiləri və biznes sektorunun nümayəndələri iştirak edirlər.
Aksiyanın əsas tələbi koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan “komendant saatı” və məhdudiyyətlərin aradan götürülməsidir.
Təşkilatçıların sözlərinə görə, hökumətin böhrandan çıxış üçün planı yoxdur və artıq itaətsizlik zamanı yetişib.
Qeyd edək ki, Gürcüstanda “komendant saatı” ötən ilin noyabrından tətbiq olunur. Saat 21:00-dan saat 05:00-dək vətəndaşların və avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Bu məhdudiyyət martın 1-dək qüvvədə saxlanılacaq.
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















