Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Dünən İraqın paytaxtı Bağdadın şimalında yerləşən ABŞ hərbi bazasına bir neçə raket atılıb. Hücum nəticəsində hərbi bazada müqavilə əsasında çalışan bir iraqlı hərbçi yaralanıb.
Ovqat.com xəbər verir ki, məlumatı İraqın Milli Təhlükəsizlik Xidməti yayıb.
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, bu, ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazaya bir həftə ərzində edilən ikinci hücumdur.
Bəzi İraq rəsmiləri hücumun İran tərəfindən dəstəklənən silahlı qrupların “əl işi” olduğunu düşünsələr də, İŞİD tərəfindən həyata keçirildiyini istisna etmirlər. Hücum aktının İŞİD tərəfindən planlaşdırılmasına inananların söykəndiyi arqument hadisə günü İraq Baş naziri Mustafa əl-Kaziminin rəhbərliyi ilə dünən Bağdadın şimalında keçiriləın anti-terror əməliyyatıdır. Əməliyyat nəticəsində İŞİD-in yüksək çinli rəhbərləri, xüsusən "Tarmiya valisi" zərərsizləşdirilib.
"Şənbə günü sübh saatlarında, 6-cı Diviziyanın 59-cu Piyada Briqadasının Bağdad Əməliyyat Komandanlığından bir qüvvə, İŞİD terror ünsürlərinin iclas keçirəcəyi barədə kəşfiyyat məlumatlarını aldıqdan sonra hərəkətə keçdi. Qüvvələr ümumilikdə beş terrorçunu öldürməyi bacardı. Kəşfiyyat məlumatlarına görə, görüş zamanı paytaxt Bağdadda terror və intihar əməliyyatlarının həyata keçirilməsi planları hazırlanmalı idi",-İraq Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında belə deyilir.
Mütəxəssislər istisna etmirlər ki, Bağdaddakı ABŞ hərbi bazasına raket hücumu İŞİD-in qisas əməliyyatıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar