Əgər Qətərə hər hansı bir hücum olarsa, türk əsgəri xalqı necə qoruyacaq? Türk əsgərlərinin ən böyük vəzifələrindən biri Türkiyə xalqını qorumaqdır.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli hərbi ekspert Koray Gürbüz deyib.
"Türkiyə əsgərləri Qətərdə olarkən oraya bir təcavüz olarsa, əsgərlərimiz bu vəziyyətdə nə edəcəklər? Türkiyə ordusunu gərginliyin tam ortasına göndərmək, məncə müharibənin başlaması demək olar. Çünki ora hazırda bir müharibənin astanasındadır. Qətərə qarşı hər hansı bir müharibə başlayarsa, bu müharibə şəraitində Türkiyə əsgərlərinə atılan bir bomba, bir raket nə mənaya gəlir? Belə bir ssenarinin nəticəsi budur ki, bir türk əsgərinin ölməsi, Türkiyənin müharibəyə girməsi anlamına gələcəkdir. Beləliklə Qətərə əsgər göndərmək, Türkiyənin milli maraqlarını təhlükəyə atmaqdır", - Gürbüz qeyd edib.
Paylaş: