Xəbər lenti

 
 “Qərb ölkələri liderlərinin Rusiyaya əleyhinə qarşıdurma meyllərinə görə təəssüflənirik, Moskva kiminsə düşməni olmayıb və deyil. Bütün ölkələrlə yaxşı əlaqələrin inkişafına tərəfdarıq”.
 
Ovqat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İngiltərənin Rusiyanı özünün “ən böyük təhdid ünsürü” olaraq görməsini şərh edərkən belə deyib.
 
Keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Peskov deyib ki, İngiltərənin yeni müdafiə strategiyası yalnız təəssüf və narahatlıq doğura bilər: “İngilis mediasının yazdığına görə, Prezident Vladimir Putinin rəhbərliyi altında Rusiya bu yeni sənəddə Böyük Britaniyanın təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi göstərilir. Bundan əlavə, İngiltərə nüvə başlıqlarının sayını 40% artırmağı planlaşdırdığını açıqlayıb. Bu tendensiya onu göstərir ki, Qərb ölkələrinin bir çox liderləri, təəssüf ki, ölkəmizi aktiv təhlükə, düşmən və s. kimi görürlər. Əlbəttə ki, belə münasibət həqiqətən yalnız təəssüf və hətta narahatlıq yarada bilər”, - Peskov belə deyib.
 
Onun sözlərinə görə, belə bir yanaşmanın həqiqi vəziyyəti əks etdirmir: “Rusiya heç kimin düşməni olmayıb və deyil, heç kim üçün də təhlükə yaratmır. Əksinə, Prezident Putinin dəfələrlə söylədiyi kimi, bütün ölkələrlə yaxşı və qarşılıqlı faydalı münasibətlərin normallaşması və inkişafının tərəfdarıyıq, yaxşı münasibətlər istəyirik”.
 
Qeyd edək ki, Böyük Britaniyanın “Sunday Times” qəzeti Baş nazir Boris Consonun bu gün Təhlükəsizlik, Müdafiə və Xarici siyasət məsələlərinə dair” strategiyasını açıqlayacağını bildirmişdi. 100 səhifədən ibarət olacağı vurğulanan hərbi doktrinada Rusiyanın “1 nömrəli təhdid” olaraq göstəriləcəyi gözlənilir. 
 
Məlumata  görə, hərbi strategiyanın əsaslandığı başlıca arqument Rusiyanın tez-tez Böyük Britaniyanın hava və su məkanlarını “təcavüzkar şəkildə işğal etməsi” olacaq. Hesabatda həmçinin Moskvanın “Böyük Britaniya ərazisindəki müxaliflərin öldürülməsi” faktları da öz əksini tapacaq. 
 
Sənəddə “rəqib” adlandırılan Çinə də toxunulacaq, Moskva və Pekinə qarşı çıxmaq üçün kiberhücum qabiliyyətlərini inkişaf etdirmək məqsədilə xərcləri artırmaq  nəzərdə tutulacaq. Ancaq Çin əsas təhlükə mənbəyi kimi görülməyəcək. Uzaq Asiya nəhəngi daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan bir rəqib kimi dəyərləndiriləcək. Əsas diqqət isə Rusiyaya yönəldiləcək. 
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 708          Tarix: 16-03-2021, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma