Xəbər lenti

 
Rusiya və İran ötən il ABŞ-da keçirilən prezident seçkilərinə təsir göstərməyə çalışıb.
 
Ovqat.com xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan 15 səhifəlik hesabatında belə deyilir.
 
Hesabata görə, Rusiya Cozef Baydenə qarşı dezinformasiyalar yayıb. Dezinformasiyalarda Bayden ailəsi ilə Ukrayna arasında guya bəzi maliyyə əməliyyatları olduğu iddia edilib. Bu iddialarla Baydenin “namizədliyinin aşındırmağa çalışıldığı” vurğulanıb.
 
İranın isə Donald Trampa qarşı bəzi "dezinformasiya kampaniyaları" həyata keçirdiyi iddia olunan hesabatda Çinin ABŞ-la münasibətlərində sabitlik axtardığı və seçkilərə müdaxilə etməyi hədəfləmədiyi qənaətinə gəlinib.
 
Məruzədə Venesuela, Kuba və Hizbullahın da Rusiya və İran miqyasında olmasa da seçkilərə təsir göstərməyə çalışdıqları barədə məlumatlar yer alıb.


Ana səhifəyə qayıt        Baxış: 3 669          Tarix: 17-03-2021, 07:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma