Xəbər lenti


Rusiyanın iki şirkəti Şərqi Aralıq dənizində neft və qaz kəşfiyyatı aparacaq.

Axar.az xəbər verir ki, bu məlumatı Suriyanın “Al Sayra” qəzeti yayıb. Məlumata görə, kəşfiyyat işi ilə “Capital Limited” və “East Med Amrit” şirkətləri məşğul olacaq.

Şirkətlər razılaşmanı Suriya Mineral Resurslar və Neft Nazirliyi ilə imzalayıb. Kəşfiyyatın Tartus limanı yaxınlığında 2250 kvadrat kilometr ərazidə aparılacağı qeyd edilib.

Razılaşma 25 il müddətinə imzalanıb.



Ana səhifəyə qayıt        Baxış: 2 283          Tarix: 18-03-2021, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma