Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Hurriyyet.org xəbər verir ki, Türkiyə Qara dənizdəki 320 milyard kubmetrlik tarixi təbii qaz kəşfindən sonra indi də Şərqi Aralıq dənizində Türkiyənin sahil suları xaricindəki 7 sahədə neft axtaracaqdır. “Oruç Reis” seysmik araşdırma gəmisi lisenziya alan kimi bölgəyə gedəcəkdir.
Mütəxəssislər bölgədən Türkiyənin ehtiyacı olan neftin böyük bir qisminin çıxarıla bilcəyini vurğulayırlar.
Türkiyə dənizdən qonşusu olan Liviya ilə imzaladığı Təhlükəsizlik və Hərbi Əməkdaşlıq Razılaşdırma Memorandumu və Dəniz Səlahiyyəti Sahələrinin Razılaşdırma Memorandumu çərçivəsində Krit və Kipr arasında qalan bölgəd Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) neft axtarışı işlərinə başlayacaq.
TPAO Aralıq dənizində 12 millik Türkiyə sahil suları xaricində sahib olduğu iki neft axtarışı lisenziyasından əlavə, beş yeni sahədə də neft axtarışına lisenziya almaq üçün müraciət edib.
Lisenziyalar alındıqdan sonra ilk olaraq “Oruç Reis” seysmik araşdırma gəmisi kəşfiyyat işlərinə başlayacaq.
Amerikanın Geoloji Araşdırma Mərkəzinin 2010-cu ildə yaydığı hesabata görə, Şərqi Aralıq dənizində sahil zolaqları neft və təbii qaz yataqları baxımından qiymətsizdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar