Xəbər lenti


Yaponiya 2024-cü ildən etibarən “F-35B” qırıcı təyyarələrini Şərqi Çin dənizində yerləşdirəcək.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya hökumətinin bu qərarı Çin ordusunun Şərqi Çin dənizində Yaponiyaya qarşı yaratdığı təhdidlə bağlıdır. Təyyarələrin yerləşdiriləcəyi aerodrom Çinin iddialı olduğu, lakin Yaponiya tərəfindən idarə olunan mübahisəli Senkaku adalarından təxminən 1030 km şimal-şərqdədir.

“F-35B” qırıcı təyyarələri həmçinin Hava Özünümüdafiə Qüvvələrinin cənub Miyazaki Prefekturasındakı Nitabaru Hava Bazasında yerləşəcək. Hər birinin dəyəri 117 milyon dollar olan “F-35B-in ilk eskadronu 18 təyyarədən ibarət olacaq. Yaponiya ümumilikdə 42 belə təyyarə almağı planlaşdırır.

Yaponiyanın Daito Bunka Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Garren Mulloy deyib ki, “F35-B” qırıcıları daha yaxşı müdafiə və cənub-qərbə güc proyeksiyasını təmin etmək üçün Yaponiya tərəfindən hazırlanmış gəmilərlə işləyəcək.

Amerika Birləşmiş Ştatları və Yaponiya hökuməti genişmiqyaslı birgə təlimlərin keçirilməsini də müzakirə edib. Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinin 5-ci maddəsində qeyd edilib ki, ABŞ Yaponiya ərazilərini silahlı hücumdan qoruya biləcək.

Bu arada Yaponiya Müdafiə Nazirliyi Çin Dəniz Qüvvələrinə aid təyyarə gəmisi “Liaonin” və onu müşayiət edən hərbi döyüş gəmilərinin Cənubi Okinava prefekturasının əsas adası ilə prefekturanın bir hissəsi olan Miyako adası arasında sulardan keçdiyini təsdiqləyib.



Ana səhifəyə qayıt        Baxış: 2 907          Tarix: 9-04-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma