Xəbər lenti

Bugün səhər saatlarında Şərqi Çin dənizində gərginlik yaşanıb.

Publika.az bildirir ki, Çinin sahil mühafizə xidmətinə məxsus 4 gəmi Yaponiyanın nəzarətindəki mübahisəli ərazilərə daxil olub. Gəmilərdən birində uzunmənzilli silah qurğularının olduğu diqqət çəkib. Yaponiya qarşı tərəfə ölkə sərhədlərini pozduğuna görə xəbərdarlıq edib.

Pekinə məxsus gəmilərin bölgədə neçə saat qaldığı məlum deyil.

Qeyd edək ki, Şərqi Çin dənizindəki bəzi bölgələr mübahisəli ərazilər sayılır və onlara bütün qonşu ölkələr iddia edir.

 




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 19-08-2017, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma