Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
Yaponiya Azərbaycana 2 milyon ABŞ dollarına yaxın qrant yardım ayırıb.
Modern.az-ın İcbari Tibbi Sığorta Agentliyindən əldə etdiyi məlumata əsasən, Yaponiya hökuməti Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb.
Yardımın ayrılmasında əsas məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etmək və COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq, eləcə də, səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.
“Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində Yaponiya hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib.
Sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
Səfir Vada Cüniçi bildirib ki, bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinəsi üçün tibbi avadanlıqların verilməsi nəzərdə tutulur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar