Xəbər lenti

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Təni bu həftə Vaşinqtona səfər edəcək.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətərin ABŞ-dakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 674          Tarix: 27-06-2017, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma