Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
İran Xarici İşlər Naziri Cavad Zərif mətbuata sızdırılan gizli müsahibəsi üçün xalqdan və məqtul general Qasım Süleymaninin ailəsindən üzr istəyib.
Ovqat.com xəbər verir ki, İranın baş diplomatı üzrxahlıq mesajını İnstagram hesabında yayıb.
Xüsusilə SEPAH-ın “Qüds Gücü” korpusunun komandiri Qasım Suleymani barədə tənqidi fikirlərinə görə bağışlanmasını xahiş edən Zərif sözlərinin bəzi çevrələr tərəfindən istifadə olunaraq məqtul generalın ailə üzvlərinin və pərəstişkarlarının qəlbinə toxunulduğunu bəyan edib.
"Məni ittiham edənlərin və mənə böhtan atdıqlarına inananların hamısını bağışlayıram. Ümid edirəm ki, böyük İran xalqı, Süleymaninin bütün sevənləri və xüsusən də uca ailəsi məni bağışlayacaq”, - Zərif üzrxahlıq mesajında belə yazıb.
Müsahibənin yayımlanacağını bilmədiyini bildirən Zərif əks təqdirdə Süleymani ilə bağlı heç bir açıqlama verməyəcəyini vurğulayıb.
Zərifin jurnalist Səid Leylaza verdiyi və dövlət arxivində saxlanılan müsahibəsi Londonda fəaliyyət göstərən Iran International televiziyası tərəfindən 25 aprel tarixində yayımlanmışdı. Zərif müsahibədə İran İslam İnqilabı Keşikçiləri Korpusu və bu korpusa bağlı “Qüds Gücü” hərbi birləşməsinin sabiq komandiri Qasım Süleymanini xarici siyasətə müdaxilə etməkdə günahlandırmışdı. Zərifin açıqlamaları ölkədəki mühafizəkar qanadın reaksiyasına səbəb olmuş və istefa çağırışları səsləndirilmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar