Xəbər lenti


Özünün rusiyayönlü çıxışları ilə seçilən gürcü milyonçu Levan Vasadze siyasətə qoşulmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, o, bunun üçün Birlik, Mahiyyət və Ümid Hərəkatını yaradıb. Vasadzenin hərəkatı təkcə Gürcü Arzusunu yox, həm də müxalifəti tənqid edir və bu addımını Gürcüstanın suverenliyinin təhdid altında olmasıyla izah edir.

“Mən özümdən soruşdum ki, sənin üçün son damla nə oldu? Mənim üçün bu, şəxsən müxalifətlə iqtidar arasında imzalanan Danielson sənədi idi. Qanun pozucularını həbsdən buraxmaq çox çətin qərarla bərabər ölkənin suverenliyinə kobud qəsd oldu”, - Vasadze bildirib.

Qeyd edək ki, gürcü ekspertlər Vasadzeni Rusiyanın layihəsi adlandırırlar. Onlar Vasadzenin Tiflisə qarşı aparılan hibrid müharibənin bir hissəsi olduğunu iddia edirlər.



Ana səhifəyə qayıt        Baxış: 3 259          Tarix: 8-05-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma